چه نشینم که فتنه برپای است
چه نشینم که فتنه برپای استرایت عشق پای برجای است
هرچه بایست داشتم الحقمحنت عشق نیز میبایست
صبر با این بلا ندارد پایبگریزد نه بند بر پای است
راستی به، که صبر معذور استبر سر تیغ، چون توانْ پایَست
بیخ امید من ز بن برکندآنکه شاخ زمانه پیرای است
کار من بد شده است و بدتر ازینهم شود، تا فلک بر این رای است
از که نالم بگو ز کارگزاریا از آن کس که کارفرمای است
ناله دارد ز زخم، مار سلیممار از آن کس که ماراَفسای است
خیز خاقانی از نشیمن خاککه نه بس جای راحتافزای است
Fitnə ayaq üstə ikən oturmaqda yox etibar,
Məhəbbətin bayrağı da öz yerində tutmuş qərar.
Mənə hər nə lazımdırsa tamam-kamal varım idi,
Təkcə eşqin möhnətinə həsrət idim, o da ki, var.
Səbr belə möhnət ilə bir an ayaqlaşa bilməz,
Ayaqları bağlı deyil, səbr, odur, durmaz, qaçar.
Səbr məndən uzaqlaşır, nə eyləsin, üzürlüdür,
İti qılınc üzərində, deyin, necə durmaq olar?
Zəmanənin budağının yaraşığı olan bir kəs,
Ümidimin rişəsini qazıyaraq, atdı kənar.
Nə qədər ki, çərxi-fələk bu fıkrindən dönməmişdir,
Fəna işim daha bədtər fənalığa olur düçar.
Kimdən edim şikayəti, kimdir məni dərdə salan,
Bilməyirəm, kargüzardır, ya ki, böyük bir hökmüdar'
İlan vuran dadü-fəryad edər ilan yarasından,
İlan isə ofsunçudan gileylənib, haray salar.
Ey Xaqani, tərk et sən də bu dünyanın mənzilini,
Bu mənzilə düşən hər kəs rahatlığa həsrət qalar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xaqani-qezel-38
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Gəlin, dostlar, gəlin şadlıq eyləyək,Bu dövrandı, mən dediyim bu dövran!
Dünya, sənin etibarın yox imiş(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
Xəbərin varmıÜrəyimə axan göz yaşlarımdanBu dərdi-qəmimdən xəbərin varmı?
شبی آمد به خوابم یار و برد از دیده خوابم راسبب آن خواب شد بیداری چشم پر آبم را