دلا از جان چه برخیزد؟ یکی جویای جانان شوبلای عشق را گر دوست داری دشمن جان شو

خرد را از سر غیرت قفای خاک پاشان زنهوا را از بن دندان حریف آب دندان شو

تو را هم کفر و هم ایمان حجاب است ار تو عیارینخست از کفر بیرون آی و پس در خون ایمان شو

اگر با خاک پاشانت سواری آرزو باشدتو از دیوان دیوان خیز و زی قصر سلیمان شو

اگر در پیش کاخ او سواریت آرزو آیدچو طفلان خوابگه بگذار و زی میدان مردان شو

گر او شب رنگ در تازد تو خود را خاک میدان کنور او چوگان به کف گیرد تو همچون گوی غلتان شو

تو را یک زخم پیکانش ز بند خود برون آردبه صد فرسنگ استقبال آ، یک زخم پیکان شو

چو در جایی همه او باش و چون از جای بگذشتیچه داری آرزو آن کن، چه بینی خوب‌تر آن شو

تو آن مشنو که مرغ شوم خواهد جای ویران راگرت گنج دل آباد است سوی گنج ویران شو

تو بیرون از حرم زانی که خاقانی است بند توز خاقانی برون آی و ندیم خاص خاقان شو

وگر خواهی کز این منزل امان آن سرا یابیامانت دار یزدان را نیابت دار حسان شو

رسول کائنات احمد، شفیع خلق، ابوالقاسمجمال جوهر آدم، کمال گوهر هاشم

به راه عاشقی شرط است راه عقل نارفتنچو درد عشق پیش آید به صد جان پیشوا رفتن

به کوی عشق هم عشق است رهبر زآن که مردان رابه امر پادشا باید به صدر پادشا رفتن

هوا را راه ده لیکن نه آن راهی که دل خواهدکه نزد عاشقان کفر است بر راه هوا رفتن

به ترکستان اصلی شو برای مردم معنیبه چین صورتی تا کی پی مردم گیا رفتن

دل اندر بند جان نتوان به وصل دوست پیوستنبت اندر آستین نتوان به درگاه خدا رفتن

طریق عاشقی چبود؟ به دست بی‌خودی خود رابه فتراک عدم بستن، به دنبال فنا رفتن

گه از سوز جگر در سور سر دلبران بودنگه از راه صفت برخوان اخوان الصفا رفتن

جرس وار ار تو را دردی است، تا کی ناله کردننجیب آسا گرت باری است، تا کی راه نارفتن

هنوز اندر بیابان باشی آن ساعت که جانت راازین کرخ فنا باید به بغداد بقا رفتن

ز تو تا غایت مقصد چه یک روزه چه صد سالهچو راهی در میان داری که می‌باید تو را رفتن

اگر نه دشمن خویشی چه می‌باید همه خود رادرون‌سو شسته جان کندن برون‌سو ناروا رفتن

در این منزل ز سربازی پناهی ساز خاقانیکه ره پر لشکر جادوست نتوان بی‌عصا رفتن

به ترک نفس‌گوی از خاصهٔ عشقی که زشت آیدرفیق بولهب بودن، طریق مصطفی رفتن

مدار عالم خلقت، مراد خلقت آدمقوام مرکز سفلی، امام حضرت اعظم

اگر پای طلب داری قدم در نه که راه اینکشمار ره نمایان را قلم درکش که ماه اینک

نخست از عاشقی خود را به راه بی‌خودی گم کنکه خود ز آنجا ندا آید که ای گم گشته راه اینک

به سر بازی توان دیدن بساط بارگاه اواگر داری سر این سر، در آن بارگاه اینک

سری چبود؟ برو درباز آندر کوی وصل اوسری را صد سراست و هر سری را صد کلاه اینک

تو را چون عشق او پذرفت دعوی بر دو عالم کنکه بر تحقیق آن دعوی قبول او گواه اینک

چو دارالملک جانت را به مهر مهر او بینیمترس از زحمت غوغا به میدان آی، شاه اینک

تو در چاه تحیر مانده وز بهر خلاص توخیال او رسن در دست بر بالای چاه اینک

برون تاز اسب همت را، کجا بیرون ازین گنبدوگر چرب آخورش خواهی هم آب و هم گیاه اینک

بیار آهی که چون از تنگنای لب رها گرددتو را گویند بر کیوان نگر کایوان ماه اینک

ز صف تفرقه برخیز و بر صف صفا بگذرکه از رندان شاه دل سپاه اندر سپاه اینک

به غفلت گر ز خاقانی گناهی در وجود آمدبه استغفار آن خرده بزرگی عذر خواه اینک

حریف خاص اوادنی محمد کز پی جاهشسر آهنگان کونینند سرهنگان درگاهش

شهنشاهی که درع شرع هم‌بالای او آمدقدر دستی که فرق عرش نطع پای او آمد

ز درگاه قدم در تاخت تیغ و نطق همراهشازل دستور او گشت و ابد مولای او آمد

ملایک باروار و در لوای عصمت او شدخلایق با هزاهز در رکاب رای او آمد

به دست لااله افکند شادروان الا اللهکه توقیع رسول الله بر طغرای او آمد

تبارک خطبهٔ او کرد و سبحان نوبت او زدلعمرک تاج او شد، قاب قوسین جای او آمد

کبوتر پردهٔ او داشت، سایه خیمهٔ او شدزبان کشتهٔ پر زهر هم گویای او آمد

قلم بیگانه بود از دست گوهر بار او لیکنقدم پیمانهٔ نطق جهان پیمای او آمد

شب خلوت که موجودات بر وی عرضه کرد ایزدجهان چون ذره‌ای در دیدهٔ بینای او آمد

مهیا کرد پنج ارکان ملت را به چار ارکانکه هر یک جدولی بوده است کز دریای او آمد

کنون جز ناصر الدین کیست کز بهر نیابت راز بعد چار تن در چار بالش‌های او آمد

سراندازی که تا بود از برای گردن ملتنظام عقد شرع از کلک گوهر زای او آمد

امام شرع و سلطان طریقت ناصر الدین، آنکه تارایات او آمد نگون شد چتر بد دینان

ابو اسحق ابراهیم کاندر جنب انعامشبه یک ذره نمی‌سنجد سپهر و هفت اجرامش

بدان ژنده که او دارد طراز خلعت است آریکه نفس زندهٔ پخته است زیر ژندهٔ خامش

به طفلی بت شکست از عقل در بتخانهٔ شهوتبرآمد اختر اقبال و دید و هم نشد رامش

بلی در معجز و برهان براهیم این چنین بایدکه نه صیدش کند اختر نه دامن گیرد اصنامش

اگر دجال شکلی سنگ زد بر کعبهٔ جاهشهم‌اکنون ز آفت گردون بگردد نقش ایامش

که بود آن کس که پیل آورد وقتی بر در کعبهکه مرغش سنگ باران کرد و دوزخ شد سرانجامش

گرفتم کآتش ناب است قدح حاسدان در ویچو آتش نام او داند کجا سوزاند اندامش

من اندر طالعش دیدم سعادت‌ها و می‌دانمکه گر ادریس زنده استی همین گفتی در احکامش

چه باک ار یک جهان خصم است آن کس را که گر خواهدجهانی نو پدید آرد جهاندار از پی کامش

دریغا گنجهٔ خرم که اکنون جای ماتم شدکه از فر چنین صدری فراق افتاد فرجامش

اگر در جنبش آید باز خاک او عجب نبودگر این کوه شریعت بود چندین گاه آرامش

نباتش هر زمانی از زبان حال می‌گویدکس کن ابر ما گم کرد، گم باد از جهان نامش

زهی صدری که خصمت را گیا نفرین همی خواندنگر تا آنکه جان دارد چه نفرین بر زبان راند

مبارک حضرتا، ایام در ظل تو آسایدمقدس خاطرا، اسلام را رای تو پیراید

روان صاحب الاعراف موقوف است تا محشرمیان دوزخ و فردوس که تا رایت چه فرماید

کسی کز خیل اعدای تو شد، بر روزگار اوقضا خندان همی آید، قدر دندان همی خاید

بفرساید ز سوز دولت تو سد اسکندرچه باشد جان یاجوجی کز آن آتش نفرساید

حسودان تو گرچه دیگ‌ها پختند، می‌دانمکه در وی نیست آن چیزی که زا شهر شما زاید

حدیث و فعلشان بی‌حرف گویی صفر بر جانشچو گفتم در دگر جایش دگر گفتن چه می‌باید

عروسان سر کلک تو در پرده شدند از منمرا هم هدیه‌ای باید که هر یک روی بنماید

من این تحفه طرازیدم به دندان مزدشان آریعروس آخر چو هدیه دید دانم روی بگشاید

چو یزدان وحی کرد از غیب سوی نحل، می‌شایستاگر تو سوی خاقانی فرستی نامه‌ای شاید

اگر ذات تو یزدان وار فیض فضل می‌باردضمیرم نیز نحل آسا شفای جان می‌افزاید

به جان تو که گردون را ولیعهد است جاه تواگر درعهد تو چون من سخن‌گویی پدید آید

سخن پیرایهٔ کهنه است و طبع من مطرا گرمرا بنمای استادی کز این سان کهنه آراید

(tərkibbənd)

Könül, "can, can" dedin, bəsdir, daha müştaqi-canan ol!
Odur can mülkünə sultan, sən o sultana dərban ol!
Həvəs layiq deyil mərdə, onu hümmətlə başdan at,
Çalış, aldanma, ağlın qarşısında bəndəfərman ol!
Sənə küfr ilə iman örtü olmuş, varsa dərrakən,
Qabaqca küfrdən əl çək, çalış sən, əhli-iman ol!
Əgər arzun igidlərlə at oynatmaqdır aləmdə,
Bu divlərdən uzaqlaş sən, otur təxtə, Süleyman ol!
Onun qəsri qabağında at oynatmaq dilərsənsə,
Uşaqlıq nənnisindən dur, çalış, sən mərdi-meydan ol!
Qara at çapmış olsa o, sən o meydanda ol torpaq,
Ələ çovkan alarsa, top kimi meydanda qəltan ol!
Onun bir ox yarasıyla səni, bil, tərk edər qəflət,
Oxun pişvazına get, sinəni aç, kamil insan ol!
Onun tək olmağa səy et, onunla bir olan yerdə,
Bu yerdən köç edib getsə, nə yaxşı görsən, ondan ol!
Qulaq vermə ki, bayquşlar fəqət viranə istərlər.
Könül mülkün abaddırsa, xaraba içrə pünhan ol!
Sənə bənd oldu Xaqani, hərəmdən xaricə düşdün,
Unut Xaqanini sən də, nədimi-xasi-xaqan ol!
Aman axtarsan aləmdə o dünyanın əzabından,
Ümidin xaliqə bağla, əgər şairsən, Həssan ol!
Odur xalqa şəfaətçi, odur dünyaya peyğəmbər,
Bəni-haşim əlindəndir, olub insanlığa məzhər.


Diyari-eşqə əql ilə deyil əsla rəva getmək,
Gəlirsə eşq dərdi, şərtdir pişvazına getmək.
Diyari-eşqdə eşqi fəqət rəhbər bilər aşiq,
Şahın əmrilə lazımdır şahın dərbarına getmək.
Həvayə yol da versən, vermə qəlbindən keçən yoldan
Ki, aşiqlər sanarlar küfr, qəlbində həva getmək.

Əsil Türkistana get, orda mənalı adam axtar,
Kimə lazım Çinə adəmgiyah axtarmağa getmək?
Ürək can qeydinə qalsa, yarın vəsli deyil mümkün,
Ətək altında büt, olmaz xuda dərgahına getmək!
Birinci şərtidir aşiqliyin nəfsindən əl çəkmək,
Fəna ardınca yoxluq tərkinə bağlı, fəda getmək.
Ya dilbər məclisində od tutub, qəlbən alışmaqdır,
O ərbabi-səfalarla ya çəkməkçin səfa getmək.
Ürəkdən dərdlisən, zəng tək nədəndir nalə etməzsən?
Yükün ağırsa karvanda, çəkib neyçin cəfa getmək.
Hələ səhradasan, canın xətərdə, bir yolun vardır,
Fəna Kərxin tərk etmək, bəqa Bağdadına getmək.
Çalış, öz arzuna çat sən, ya bir gün, ya yüz il olsun,
Yarı olmuşsa yol artıq, dayanmaq yox, daha getmək.
Deyilsən canına düşmən, nə lazımdır sənə onda,
İçində can çəkişmək, zahirən əyri yola getmək?
Bu mənzildə pənah axtar, başında keçmə,
Xaqani, Tutubdur yolları cadu, gərək əldə əsa getmək!
Könül eşqə veribsən, nəfsini öldür, yaraşmaz ki,
Təriqi Müstəfanı Buləhəblə qol-qola getmək.
Bu dünya mülkünə məhvər, bəşər övladına rəhbər,
Cahana nur saçan məşəl, Məhəmməddir o peyğəmbər.


Həqiqi yol ararsansa, buyur, bu yol həqiqətdir,
Burax ulduzları, yol göstərən tək Ay kifayətdir.
İtir öz varlığın eşqin yolunda əvvəl-əvvəl, get,
Gələr bir səs ki: - Ey azmış, bu yol rahi-məhəbbətdir.
Başından kim keçə bilsə, görər ancaq o dərgahı,
Əgər varsa belə arzun, bu yolla get, səadətdir.
Nədir bir baş? Onun vəslinə çatmaqçın, başından keç,
Onun vəslinə yüz baş, hər başa yüz tac qiymətdar.
Vüsali-eşqə çün çatdın, iki aləm tələb eylər,
Nə arzun var, olar hasil, vüsalı xoş əlamətdir.
Onun eşqilə bağlandın, çəkinmə əsla zəhmətdən,
Məhəbbət meydanı çünki ya qovğadır, ya zəhmətdir.
Qalıb heyrət quyusunda - xilaskar axtarırsan sən,

Əlində ip, durubdur o, yada salsan, kifayətdir.
Çapıb hümmət atın, artıq bu dünyadan uzaqlaş sən,
Görərsən bir axur onda, içində bollu nemətdir.
Bir ah çək odlu qəlbindən, dodağında alışsın ah,
Desinlər halədir göydə, ya ulduzdur, ya tələtdir.
Atıb sən ayrılıq daşın, gəlib birlik səfındə dur,
Önündə bir qoşun var ki, sayı yox, binəhayətdir.
Xəta etmişsə Xaqani, onu əfv eyləsinlər qoy,
Xətaya əvf kim istərsə bu insandan cəsarətdir.
Yerə sahib, göyə məhrəm, o peyğəmbər Məhəmməddir,
İki dünyada xaqanlar ona quldur, rəiyyətdir.


O bir şahdır, onun üçün enib göydən şəriət də,
Ayağına qoyub başın fələklər də, təbiət də.
Əbədiyyət sarayında qalar almaz kimi nitqi,
Vəzir idi əcəl, daim dayanmışdı itaətdə.
Mələklər dəstəbədəstə yığıldı bayrağı altda,
Rikabında neçə-neçə gəlib durmuşdu millət də.
Onun bayrağı üstündə yazılmışdı "Rəsuləllah",
O qurdu "Lailahə" qəsrinə "illa"nı, əlbəttə.
"Təbarək" xütbəsi "sübhanə" oldu beş səhər təbli,
"Ləimrək" təxti-"qabə qovseyn"dir nübüvvətdə.
Göyərçin pərdəyə döndü, bulud saldı ona kölgə,
Bu bir olmuş həqiqətdir, verib baş vəqti-hicrətdə.
Göhər saçmış o əllərdə qələm heç tutmayıb əsla,
Əbədi qaldı hər nitqi, göhər oldu həqiqətdə.
O axşam ki, ilahiylə gedib razi-niyaz etdi,
Gözündə zərrəyə döndü bütün dünya o halətdə.
O, dörd ünsürlə kəşf etdi cəmiyyətdə olan fərqi,
Onun ümman xəyalından yaranmışdır bu nemət də.
Ona dörd canişin olmuş, xilafət taxtına çıxmış,
Yeri vardır, Nəsirəddin otursun o xilafətdə.
O xalqa başçı olmuşdur, həqiqətdə ulu rəhbər,
Onun səyilə dərk etmiş şəriəti cəmiyyət də.
Şəriətdə, təriqətdə Nəsirəddin imam oldu,
Salındı bayrağı küfrün, daha ömrü tamam oldu


Əbu-İshaq İbrahim səxavət göstərən anda,
Fələk, səyyarələr zərrə saya gəlməz o mizanda.
Onun əynindəki paltar ona zinət olub hər dəm,
Bu köhnə paltarın altda yaşar dahi bir insan da.
Uşaqkən ağlı şəhvət büt evində bütləri qırmış,
Səadət ulduzun gördü, üzün döndərdi ondan da.
Bəli, İbrahimin möcüzlə imanı olan yerdə,
Sala bilməz onu ulduzla büt, yoxdur o imkan da.
Əgər bəd sözlə yad etdi onu Dəccalsifət bir kəs,
Nə o sözdən, nə o kəsdən nişan yoxdur bu dövranda.
Biri çox istədi fillə dağıtsın Kəbəni, ancaq,
Onu quşlar daşa basdı, yeri duzəxdir olan da.
Tökə tənqid odun hərgah paxıllar bir kəsin üstə,
Eşitsə İbrahim adın, o atəş də durar yanda.
İnan, əsli səadətdir bu taledə ola insan,
Bunu təsdiq edər İdris, əgər olsa bu dövranda.
Yeni bir dünya qurmaqçın əgər səy eyləsə bir kəs,
Ona Allah edər imdad, ola minlərcə düşman də.
Təəssüf ki, gözəl Gəncə olub matəm evi indi,
O rəhbər ayrılıb bizdən, tutub yer baği-rizvanda.
Təəccüb etmə, bir də zəlzələ qopsa bu torpaqda,
O dağdı saxlayan bu yerləri aram, tufanda.
Deyər hər bitki bu yerdə: o kəs, ya rəb, yoxa çıxsın,
Ki, almışdır onu bizdən bulud tək fəsli-nisanda.
O sədrə afərin ki, düşməninə ot edir nifrət,
Əgər dil açsa insanlar, necə gör yağdırar lənət.


Ulu həzrət, bəzək vermiş bu dünyaya sənin kölgən,
Çün islama verib zinət sənin fikrin, sənin kəlmən.
Behişt ilə cəhənnəmdən kənarda - qumlu səhrada,
Qalan kəslər səni gözlər qiyamətə kimi hökmən.
Əgər bir düşmənin ölsə, onun əhvalına mütləq,
Qəza xoşhal olar labüd, qədər diş qıcıdar, bil sən.
O dövlət ki, sənin vardır, yanar İskəndərin bağrı,
Külə dönməzmi Yəcucun canı, aya, bu atəşdən.
Paxıllar çox qazan qurmuşlar, amma, mən bilən orda
Elə bir şey tapılmaz ki, səbəbkarı onun sənsən.
Sözüylə işləri, sözsüz ki, bir sifrə bərabərdir.
Bunu bir başqa yerdə söylədim, təkrar qılmam mən!
Qələmlə şux gözəllər ki, yaratdın, gizlənir məndən,
Hədiyyə verməli, pərdə alınsın dilbər üzlərdən.
Bu şeri onlara layiq hədiyyə yazmışam, çünki,
Gəlin pərdə açar üzdən, ona xoş töhfə göstərsən.
An bal sazlayanda qeybdən gəldi xuda vəhyi,
Nə xoşdur çatsa bu Xaqaniyə indi sənin namən.
Əgər sən tanrı tək feyzinlə qılsan, bəndəyə ehsan,
Arı tək can şəfası sazlaram qüdrətli təbimdən.
Calalın yerdədir göylər calalının vəliəhdi,
Ki, mən tək şair ilə öz zamanında müasirsən.
Bəzəkçidir, mənim təbim verər köhnə sözə zivər,
Dirildən köhnəni mən kimi bir ustad var? Göstər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов