Kəkliklər
Mən gedirəm sizi kimə tapşırım,Dam üstündə duran sona kəkliklər.Al-yaşıl geyinib tirmə bağlarsız,Nə giribsiz dondan-dona, kəkliklər.
Gözəl kəklik dam üstündə səs eylər,Qaqqıldaşar bir-birilə bəhs eylər.Bilmirəm toy eylər, yoxsa yas eylər,Caynağınız batıb qana, kəkliklər.
Gözəl kəklik dam üstündə durubdu,Gərdən çəkib necə boynun burubdu.Heç bilmirəm ovçusunmu görübdü,Üz çevirib biyabana kəkliklər.
Kəkliyin oylağı qayalar başı,Qaqqıldaşıb tapar yoldaş yoldaşı.Bərəsi bərk olsa, ovçusu naşı,Uçub gedər asimana kəkliklər.
Nə dərdiniz varsa mənə söyləyin,Şirin namə yazın, bəyan eyləyin.Siz Xəstə Qasımı halal eyləyin,Çünki gedir Dağıstana, kəkliklər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-keklikler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ləzgi Əhməd:**Səndən xəbər alım, ay Dədə Qasım,
Ləzgi Əhmədlə Xəstə Qasımın dördüncü deyişməsiXəstə Qasım:**O kimdir ki, otuzunda cavandı?
Baxİnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
MənSəyyad oldum, səhra gəzdim,Tor qurdum tərlana mən.
Стихи других поэтов
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Yuxu görürdü qarıYuxu görürdü qarı:Gur, xurmayı saçları
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən