Baz gəştəne-aşeq əz dəre-mə’şuq be tələbe-səba (Aşiqin səbanı tapmaq üçün mə’şuqənin qapısndan geri qayıtması)
Allaha şükür qılub yer öpdüm,Bulmağa Səbanı yola qopdum.İstəməgə anı bağə düşdüm,Eşq ilə, nedim ki, dağə düşdüm.Həm bərgi-bənövşə, lalə gördüm,Xinzalə yüzündə jalə gördüm.Həm firqələrin ləçəklərini,Həm tutiyənin çiçəklərini.Həm dəstə bütük vərdi-qaymaq,Sünbül çiçək ilə oymaq-oymaq.
Quzuqulağı, gülü qərənfil,Təkəsaqqalivü göy sünbül.Sordum bulara dəmi-səbanı,Uzatdı cəvab içün zəbanı.Derlər ki, nedir bu dağ içində?Var istəgil ani bağ içində.Hər gülşəni ol müzəyyən eylər,Gülzar içində məskən eylər.Bu sözü eşitdim, ağladım zar,Yetdim yügürüb besəhni-gülzar.Gördüm çəmən içrə bağbani,Sordum ki, xanı ana səbanı.Der oldur əsər budağlar üstə,Titrətmə salur vərəqlər üstə.Pərvazi müdam olur çəməndə,Pərvasi səndədir, nə məndə.Öz eyşinə, öz dəminə məşğul.Bu aləm anın qatında bir pul.Görsətməz özin, gəzər nihani,Bari de ki, sən nedirsən ani?Dedim ki, sən ani sorma məndən,Məndən sana bu cəvab xandən?Bir bağbanına söylədim söz,Nə qaldı ağız, nə yüzü, nə göz.Heç görməmisən bu hey’ətimni,Bu şəkli-bədiü surətimni.Gər munda işimni sorasan sən,Andan qalanın bitürəsən sən.Hər nə sözüm olsa, hər nə vayə,Pünhani derəm ani Səbayə.Sən varmaz isən, vararum özüm,Ərz eylərəm ana gizli sözüm.Əlqissə, varub Səba qatinə,Yetürdüm özümni xidmətinə.Gördüm ki, gəzər çəməndə xoş dəm,Güllər vərəqini eyləmiş nəm.Sərvin yenə təprədir budağın,
Güldən çü ərus alır duvağın.Nərgis gözün açmış, ana baxər,Sünbül yüzinə tapança qaxər.Bir gülşən içində buyi-güldən,Şəbnəm pür edir səbuyi-güldən.Gəh qəddi-bənövşə xəmdir andan,Gəh dideyi-əbr nəmdir andan.Meydanda atı həmişə tövsən,Uzatmış ana zəbanı susən.Gülzari-çəmən münəvvər andan,Eylər damağı müəttər andan.Şax üstə şükufələr açırdı,Boyunu çiçəklərin saçırdı.Bürqə götürürdü ruyi-güldən.Isar qılurdu buyi-güldən.Çün bülbüli-aşiqi-xoş avazEylərdi çəməndə nəğmə ağaz.Dutmuş qulağın çiçəklər ana,Zikr ögrədədir mələklər ana.Gəh dağda əsərdi, gah bağda,Gəh solda əsərdi, gah sağda.Dedim ki, əya Səbayi-xoş dəm,Allah dəmini qılmasun kəm.Başuma mənim bir iş gəlibdir,Eşq atəşi yürəgim dəlibdir.Biçarəvü zarü müstəməndəm,Hicranın əlində dərdməndəm.Uğraşdı gözümə bir pəriru,Dağlara düşüb olubmən ahu.Derlər ki, bolur bu çarə səndən,Məqsudə yetər biçarə səndən.Çoxların işini bitirənsən,Çoxlarni muradə yetirənsən.Hər sübh dəmində zikri-yahuSöylərsən, əya nəsimi-xoşbu.Səndən irişir məşamə ənbər,Aləmni qılur dəmin müəttər.
Sən yari qılanda MustafayəDedi ki, “nəsərtə bissəba”yə.Ey mərkəbü-mövkəbi-SüleymanNəfxinlə hava pür oldu yeksan.Səndən dutadır zəmin qərari,Səndən çıxadır fələk buxari.Əz lütf degil tənin hüveyda,Olmaz vücudun çü ruh peyda.Manəndi-hüma yerin həvadır,Məcruhlərə dəmin dəvadır.Isayi-zəmanü xoş nəfəssən,Kim qalsa piyadə, sən fərəssən.Ey Xızra mədədçi hər aradə,Yetir bu fəqiri sən muradə.Vəlfəcr nəsimisən behişti,Çün Nuh yerir dəminlə kəşti.Yerlər yüzüni sən eylədin çak,Çox vardır əgərçi qiylü qalın,Heç kimsənə anlamaz məqalın.Dilin sənin, ey nəsimi-xoşxan,Gahi ərəb oldu, gahi imran.Sən rih degilsən, ey verən ruh,Bağlı qapı səndən oldu məftuh.Bu dəmdə qatında hacətim var,Aləmcə bu işdə minnətim var.Bu müşkülümü gər eyləsən həl,Həq duta əlin ki, dutasan əl.Bir dilbəri-dilrübayi sevdim,Mən zərrə bu gün bir ayi sevdim.Lütfü kərəm eylə, var ana sən,Qatında anın məni anasən.Aydır: – Varayım, bu canə minnət,Mən xeyrə yetəm, sana nə minnət.Bu yola gedəm piyadə səd bar,Üşşaq işinə mənəm vəfadar.Amma ki, mənimlə namə yazgil,Dərdi-dilini pəyamə yazgil.
Mən aparayım anı nigarə,Şayəd ki, bulam bu dərdə çarə.Qıldım mən ana yügüş dualər,Adın dutub oxudum sənalər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-dehname-baz-gestene-aseq-ez-dere-me-suq-be-telebe-seba-asiqin
Клавиши ← → для перехода, R — случайное стихотворение