Dəftərin yum, ey münəccim, gizğbinə oldur dəlil,Zülfiləru tənləşib, dersən hələ bayram degil?

Gecə-gündüz hər zaman olsa müsavi eyd olur,Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il.

İldə bir yeldə gəlir ayinü rəsmi-dəhrdə,Bu nə yeldadır gəzir ayın yanınca müttəsil?

Sən deyirdin ki, hər ay başında bir hilal,Qıl nəzər, bir ay başında ikisin gör, ol xəcil!

Kor deyilsən, müştəri çeşmilə bax, göz ZöhrədəVarmı bu ənvar, bu rəftar, bu hüsni-cəmil?

Sərbəsər seyri-kəvakib, gərdişi-dövri-qəmər,Nüsxeyi-hüsnündədir, dərs al, hamı əhkamı bil!

Zinhar pəndim eşit, Şəhri-Mütəvvəldir saçı,Yetmək olmaz intəhasına, bəri başdan çəkil!

Gəh tülu eylər üfüqdən könlümüz rövşən qılar,Gəh səhabı zülf ilə örtər, biz olluq tirədil.

Ah bilməm neyləyim, aldı qərarım, Zakira,Ol məhi-naməhriban, ol dilbəri-peymanküsil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви