Əta xana
Mirzə Mehdi, bizim bəndəxanəninKeçəsi dağlıb, keçən gərəkdir.On dörd qalıb olsa kifayət eylər –Əgər xəbər alsan necə "gərəkdir?"
Əta xandan əta deyil ki, uzaq,Əmma bizə düşməyibdir ittifaq.Alinəsəb adam yüz olsa uşaq,Yaxşını, yamanı seçə gərəkdir.
Nisfin qaraağacı, nisfin xəsiliVersələr bilmərrə dəva kəsili.Törəmədi qoyunların əsili –İldə iki yol gələ qoça gərəkdir.
İyirmi istildən salına möhkəm,Yüz il yağış yağsa verməyə bir nəm,Elə mərğub ola kim, görən adəmBəkrəsin içinə ... gərəkdir.
O üzü, bü üzü sərasər həmvar,Təpikçisi qoçaq həllacı pərgar;Ev sahibi ətdən, aşdan nə ki, var,Tökə onlar yeyə, içə gərəkdir.
Səmərqəndi kağız kimi ağ ola,Güzəmi pərqu tək yumuşaq ola,Tikiləndə hazır bir otaq ola,Şöhrəti fələkdən keçə gərəkdir.
Külfət çox olanda dərdisər artar,Görərsən, hər biri bir yana dartar;Qışda oturmağa, həqdi, damı var,Sabah yaz olanda köçə gərəkdir.
Övrəti ölən tək tez almaqda zənƏmin Salif bəydən keçərmişəm mən.Üç-dörd oğul qayırmışam təzədən,Ölüncə kişiyə beçə gərəkdir.
Keçən ildə çox müfsidü bədbinaAbuğun nəqlini eylədi borpa;Şükür həqqə, bu söz olmadı borca,El xayini çıxa puça gərəkdir.
Özü düşər, qaza hər kim ki, qarı,Bəlalarə eylər müsəllət tarı.Mən belə bilməzəm neçin aqarı,Hər kəs öz əkdiyin biçə gərəkdir.
Hamıdan ziyadə zülm oldu mənə,Dövran bər-əksinə dolandı yenə;Vəliyül-nəəmi ölən kimsənəRuhu bədənindən uça gərəkdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-eta-xana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə müddətdi iştiyağın çəkirdim,Şükür həqqə, pərizadə gedirəm.
O qədər gəlmədi intizar öldümO qədər gəlmədi intizar öldüm,Deyin, indən belə yara gəlməsin.
Ömür keçdi, insaf elə, sevdiyimÖmür keçdi, insaf elə, sevdiyim,Nə müddətdi dərdü möhnət çəkərəm.
Piranəsərlikdə bir növcavanınPiranəsərlikdə bir növcavanınOxları sinəmə kargər olmuş.
Стихи других поэтов
رأفت برند حالت ِ آن داغ دیده را
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Çöl çiçəyiBir keçən buludun, göz yaşlarını,Qana-qana içib, açılan çiçək.