Gün cəmalın göz yaşımı qurutdu,Qoymadı bulut tək ayağam məni.Əl götürməz, gedər-gedər qayıdı,Nə taptaq eyləyib ayağam məni.

Qovğa günü Rüstəm ilə əzələm,Gələ bilməz meydanıma əzələm,Mən sərxoşi-peymaneyi-əzələm,Xəlq məndən öyrənib ayağam məni

Qaşlarındı rüxsarında sərayəHəsrətindən rəngim dönüb sərayəDost qədəmin basdı bizim sərayə,Deməneməm kimsədən ayağam məni.

Yığılıb bir yerə arxayın olmuş,Deyirlər bizimlə arxayın olmuş.Oturub evində arxayın olmuş,İmtahan eyləmiş ayağam məni.

Zakir tək bəzmində oxumar oldum,Bir kamanəbrudən oxumar oldum,Ləli-ləbin sordum oxumar oldum,Yoxsa ki, tutubdur ayağam məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов