Müştaqi-ləbin sağərü səhbayə baxarmı?Bir göz ki, səni görməyo, dünyayə baxarmı?

Aludeyi-qəddü rüxü çeşmin olan aşiq,Sərvü səmənə, nərgisi-şəhlayə baxarmı?

Yüz mövsimi-gülzar ola, dilgiri-cəmalınSuyi-çəmənə, canibi-səhrayə baxarmı?

Bir kimsəyə xürşid cəmalın ola mənzur,Mehri-fələyə meyl qılıb, ayə, baxarmı?

Həmrahi-rüxündür edərəm zülmə təəccüb.Ha böylə işi üzdə olan payə baxarmı?

Ya dust!– deyib, dad eləsəm yar eşigində,Yarəb, görəsən bir məni-rüsvayə baxarmı?

Məktubunu mən xəsətonin, ey qasidi-həmraz,Ver sürət ilə, gör bütü-tərsayə, baxarmı?

Gər desə: sabah mən dəxi gəlləm, hələ sən getƏrz eylə: əcəl zabiti fərdayə baxarmı?

Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan,Kim padşahi hüsn olan ədnayə baxarmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви