Saqiya, badeyi-gülguni gətir mala-mal!
Saqiya, badeyi-gülguni gətir mala-mal!Etmə təxir, zərurətdə xətadır ehmal!Ta ki, sərgər oluban, eyləyim izhari-kamal,Mən deyildim belə ləbbəstə, pərişanəhval,Eyləmiş nitqimi bir tutiməqalın qomi lal.
Neçə müddətdi gözüm görməz o siməndamı,Eyləyib xəstə qəmi-hicri dili-nakamı,Eşq sövdasının, əlbəttə, budur əncamı,Ol cəfakar nigar ilə keçən əyyamıƏsəri-badə ilə, barı, bu gün yadıma sal.
Qərəzin gər budu – xoşnud ola səndən əhbab,Nə qədər var həyatın elə al cami-şərab,Hər iki aləm ara bil ki, odur fəthülbab,Sanma kim, əcrini həq verməyə, ey, xanəxərab!Baxma zahid sözünə, eyləmə bihudə xəyal.
Ömrülərdir çəkərəm bir sənəmin bari-qəmin,Ruzü şəb dəğdəğeyi-möhnətü-cövrü sitəmin,Üzümü fərşi-rəh etdim bu təmannayə həmin.İşləyib kövkəbi-talə, basa bəlkə qədəmin,Ruşinas edə məni ol məhi zərrin neal.
Dün səhər gördüm o sərməst edir meyli-şərab,Artırıb hüsnü ziyasını dəxi də badeyi-nab,Dedim: əhbab ilə qəsdin nədir, ey xanəxərab!Əl-ayağın bu sifət rəngi-hənadəndi xizab,Öldürüb aşiqi, ya nəşin edibsən pamal?
Xah əfv eylə mənim cürmümü, xah, eylə qəzəb,Nə bilir aşiqi-şuridə nədir rəncü təəb,Mən sənin valehü heyranınam ey şirinləb!Üzünə qarşı axa qanlı sirişkim nə əcəb,Eydi-Novruz geyər cameyi-gülgun ətfal.
Ah, səd ah, məni aldı qəmü suzü güdaz,Çıxdı can həsrət ilə, gəlmədi ol mədəni-naz,Eşq məqtuluna, ey şeyx, nə hacətdi namaz,Qəbrimin daşına bu misrəi xoş xətti ilə yaz:“Bigünah bu Zakiri bir çeşmi-qəzal”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-saqiya-badeyi-gulguni-getir-mala-mal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün,Sərasər hər tükü üşşaqə bir dami bəla zülfün,
Nigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuşNigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuş,Xuda hifz etsin afətdən ki, bir mahi-münur olmuş,
Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban!Əzm eylə gülüstanə, gülüstan sənə qurban!
Bayram günüdür, zövqü səfa xanələr içrəBayram günüdür, zövqü səfa xanələr içrə,Cananım oturmuş neçə cananələr içrə.
Стихи других поэтов · О любви
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən?Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Yara qal indiKönlüm çox istədi yarı göreydi,Yaraşarmı qoyxa yara, qal indi.