Nigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuş,Xuda hifz etsin afətdən ki, bir mahi-münur olmuş,Rümuzi-eşqdə sahibvüqufü nüktəgir olmuş,Dili-üşşaqi seyd etməkdə, billəh, nərrəşir olmuş,İraq olsun yaman gözdən, pəsəndidə əmir olmuş,

Rəhü rəsmi-məhəbbət bilməz idi zərrəcə ol mah,Deyildi əhli-dərdin çəkdiyi fəryaddən agah;Nə bilsin aşiqin suzü güdazın növrəsü gümrah?Kimin var isə böylə nazənin imdi, bismillah,Yetib fəzlü kəmalə, əhli-hali-binəzir olmuş.

Gəzirkən zarü nalan dün irişdim bəzmi-dildarə,Oturmuş ol büti gödüm yanında neçə məhparə,Dedim mən saqiyi-bimürvətə yalvarvə-yalvarə,Şərabi-nabə qat qanimi, ver içsin o xunxarə.Dedi: içməz dəxi, əzbəski bihəd məstü sir olmuş.

Pərişanxatirəm zülfün ucundan, ey kamanəbru!Əyilib yayə dönmüş həsrətindən qaməti-dilcu.Xəm etmiş bidi-Məcnun tək qədim bari-qəmi-geysu,Tərəhhüm eyləyib bir gəz, demərsən növcəvandır bu,Mənim sevdayi-eşqimlə belə biçarə pir olmuş.

Salıb Sənansifət dil boynuna zünnar zülfündən,Nə mümkündür xilas olmaq kəməndi-tari-zülfündən,Qaçardı bundan əqdəm qanda görsə yar zülfündən,Künun istər tuta, əndişə etməz mar zülfündən,Belə məlum əfsun öyrənib, munca dilir olmuş.

Dəmi cövrü cəfadən çək əlin, ey sərvəri-xuban!Qırarsan əhli-dərdi, eşqdən keçmək deyil asan.İqamət mənzili mütləq deyil bu mənzili-viran.Bəsa siminbədənlər asiyayi-çərxi-gocgərdanDolandıqca əzib gəndümsifət xurdü xəmir olmuş.

Zamani eyş-işrət bəzmi püravaz edən könlüm,Rübabü cəngü nayı bir-birinə saz edən könlüm,Qüruri-hüsn ilə yüz nazənino naz edən könlüm,Dəmadəm ovci-istiğnadə xoş pərvaz edən könlüm,Künun səyyadi-biinsaf əlində dəstgir olmuş.

Səba, öz başın üçün, əzmi-kuyi-sərvi-azad et!Məni-məhzunü zarı, düşsə, bir təqrib ilə yad et!Gətir bir xoş xəbər andan, bizi məmnunü dilşad et!Tərəhhüm çağıdır bir-bir gəzib, ey şanə, imdad et,Nə müddətdir dili-şeyda səri-zülfə əsir olmuş.

Bir Allahı sevən yoxdur deyə dərdi-dilim yarə, –Qəmi-hicrində iqbalı mübəddəl olmuş idbarə,Qədimi çakərindir, baxma, zalim, təni-əğyarə,Yeridir, ver zəkati-hüsnünü bu Zakiri-zarə,Deyil ol sən görən tək indi, möhtacü fəqir olmuş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви