Bulağı gözündən eyləmə, Tanrım,Gözü qurudusa, kor deyəcəklər.Ocağı közündən eyləmə, Tanrım,İşığı söndüsə, qor deyəcəklər.

Duyğusuz, təpərsiz eyləmə, Allah,Təpərsiz ürəyə boş deyəcəklər.Sinənin altında qanadlanmasa,Adına ürək yox, daş deyəcəklər.

Heç kəs qurumasın kökünün üstə,Ağaca çiçək ver, çiçəyə bar ver.Ürək yaşamaqda, könül həvəsdə,Hər ömrə əbədi bir yadigar ver.

2004, iyulTruskaveits

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви