Ağrın alım
Göy üzündə durnaların,Səfi mənəm, ağrın alım.Yer üzündə bulaqların,Safı mənəm, ağrın alım.
Fırlanmağa edər vərdiş,Məndən keçər çərxi-gərdiş.Aşıq, mürşid, ozan, dərviş,Sufi mənəm, ağrın alım.
Yağmaladı məni yağı,Körpülərin çökdü tağı.Ağrımızın Ağrı dağı,Qafı mənəm, ağrın alım.
Halallıqdan tutdum maya,Şükür haqdan gələn paya.Tək sazımla bu dünyaya,Kafi mənəm, ağrın alım.
2009, 25 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-agrin-alim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
20 Yanvar günü –Boran günü, qar günü!
AltındaKim biganə baxa bilər bu doğranmış budaqlara,Solub getmiş diləklər var solan yarpaqlar altında.
Ömrün yollarıAllah! Ömrün yolları nə daşlı-kəsəklidi,Addımbaşı yolumda qar gördüm, şaxta gördüm.
Barışmaram“Barış” – deyib gülümsəmə mənə sarı,Mən başımı yaran daşla barışmaram!
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Budur, Vərqanın ikinci səvaşiÇün kani-zəbərcəd açdı babın,Göstərdi cəhanə lə’li-nabın.
Yaşamaq inadıBu gecə öz qəbrim girib yuxuma –Sonuncu limana yan almış gəmi.