Amin, ya Rəbbəl-aləmin!
Ey Həzrəti Peyğəmbərim,məndən sənə salam olsun,Allah adı qoy dilimdəən müqəddəs kəlam olsun,Ümmətini qorumağaQuran bürcüm, qalam olsun,Aminl Ya Rəbbəl-aləminl
Dildən-dilə, dindən-dinə,eldən-elə hörmət olsun,Xeyirli söz, xeyir əmələn mübarək nemət olsun,“Allah birdi” deyənlərinson məqamı cənnət olsun,Aminl Ya Rəbbəl-aləminl
Söz həmişə məhəbbətin,meydan çörək-duzun olsun,Sevənlərin ömrü-günüsevdiyindən uzun olsun,İcazə ver, keçək-gedək,cənnətinə izin olsun,Aminl Ya Rəbbəl-aləminl
İnsan oğlu səndən qeyribir kimsəyə qul olmasın,Kimsə kimin belindəkitoza batmış çul olmasın,Xırdalana-xırdalanasevgi qara pul olmasın,Aminl Ya Rəbbəl-aləminlMən dərdli bir şairiyəmdərdi böyük bir millətin,Yurdum-yuvam, oğlum-qızımqurbanıdır xəyanətin,Heç kəsə möhtac olmasın,səndən gəlsin inayətim,Aminl Ya Rəbbəl-aləminl
Ağrıların pəncəsindəçarmıx görmüş bir bədənəm,Bütövləşdir varlığımı,parçalanmış bir vətənəm,Göstər böyük xoşbəxtliyi,dünya görsün — mən də mənəm,Aminl Ya Rəbbəl-aləminl
Nahaq bilib haqqımızı,yalan sayıb doğrumuzu,Qarabağda tikə-tikəyandırıblar bağrımızı,Özgələr yox, öz qüdrətinqoy sağaltsın ağrımızı,Aminl Ya Rəbbəl-aləminl
Bir “Vəhdəti-vücud” eylə,aramızda birlik olsun,Qoy cücərsin toxum kimi,birliyimiz dirlik olsun,Astanamız ziyarətlik,ocağımız pirlik olsun,Aminl Ya Rəbbəl-aləminl
Ömrün-günün yollarındabüdrəməsin köhlən atım,Məhəmmədin məqamınavədəsində gedim çatım,Şeirim olsun Peyğəmbərincamalına salavatım,Aminl Ya Rəbbəl-aləminl
Yardımınla, kərəminləzənginləşdi bu sərvətim,Yerlə-göyün arasındadalğalandı məhəbbətim,Bir “Peyğəmbər” şairitəkqəbul olsun bu niyyətim,Aminl Ya Rəbbəl-aləminl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-amin-ya-rebbel-alemin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən körpəsiydim Kəpənəkçinin,Atayam, babayam, əmiyəm indi.
Mənim ömrümƏlli saniyə nə, əlli saat nə,Beş yüz il yaşadım bu əlli ildə.
İçimdə ağlayan Krım(Məktub-poema)Bu əsəri Krım türklərinin böyük dərd
Çingiz Dağçının məktubuEşitdim Krıma gəlmisən. Həmişə bizim olan, indi bizimolmayan Krımal Özü də Azərbaycandan gəlmisən. Bu şad
Стихи других поэтов · О божественной любви
Vəzir, sana qarğayıram,Haqq diləyin yetirməsin!
Yaradan səniHalal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
OlarGörməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.