Dua rəhmət qapısının açarıdır.Hz. Məhəmməd

Peyğəmbər eşqinə,ey qadir Allah,Bir az müşkülüm var,dadıma sən çatlVətən bağçasında,millət bağındaSaralmış gülüm var,dadıma sən çatl

Yanan doğmalardı,yadlar yandırıb,Yezidtək, Şümürtəkadlar yandırıb,Şeytan övladlarıodlar yandırıb,Qovrulmuş külüm var,dadıma sən çatl

Dünyanın bir bəxti kəmşairiyəm,Gözü yaş, kirpiyi nəmşairiyəm,Qəmdən doğulmuşam,qəm şairiyəm,Boynu bükülüm var,dadıma sən çatlBir közəm, əlimdənocağım gedib,Əsirim, girovum,torpağım gedib,Ərşə səsim çatıb,sorağım gedib,Çəkilməz zülüm var,dadıma sən çatl

Məlhəmi, əlacıara bağrıma,Vurublar nə qədəryara bağrıma,Qarabağ çevrilibqara bağrıma,Qarşıda ölüm var,dadıma sən çatl

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов