Peyğəmbərin şəkli - şəmayili?
Ulu böyük YaradanGətirəndə dünyayaOnu nurdan yaratdı,saf büllurdan yaratdı.Asta, inamlı səs də,gül ətirli nəfəs də,Yaraşıqlı boy-buxun,cazibəli duruş da,Nəzakətli yeriş də,ədəbli oturuş da,Səliqə də, nizam da,bal kimi danışıq da,Üzdə, gözdə, sifətdəçiçəklənən işıq da,Yerində-yatağındahər dediyi kəlam da,Verdiyi xeyir-dua,aldığı xoş salam da,Halallıqdan yoğrulanxəmri də, mayası da,Qızdan, gəlindən üstünabrı da, həyası daTəbiətin töhfəsi,Tanrının vergisiydi,Başdan-başa camalıqızılgül sərgisiydi.Daha da nurlanırdıGünəş onu görəndə,Ay göydə nazlanırdıona salam verəndə.
Bulaqlar sevinirdio içəndə suyunu,Ulduzlar öyünürdüseyr edəndə boyunu.Rənglərin sırasındayaşıl rəngi sevirdi,Ürəyə sığal çəkənhər ahəngi sevirdi.Qaşlarının düyünü,gözlərinin rəngi də,Sözünün axarı da,səsinin ahəngi də,Peyğəmbərlik möhürükürəyinin bəni də,Geniş alnı, ağ üzü,şirmayı bədəni də,Yeriyəndə qabağaəyilən qaməti də,Baxışında oxunanböyük məhəbbəti də,Çiçək kimi, gül kimiyanağının alı da,Geniş köksü, ağ əli,gur qara saqqalı da,Qara göz bəbəkləri,uzun kirpikləri də,Kirpiklərdən süzüləngöz yaşı da, təri də,Gümüş külçəsi kimiişıqlı görkəmi də,O görkəmdə görünənsevinci də, qəmi dəŞərəf alıb Tanrınınən uca şərəfindən,Çəkilib şəkil kimiAllahın tərifindənlO, Peyğəmbər şəklidilBu camala baxandaƏn mahir rəssam beləhəsədindən ah çəkib,Çünki bu gül camalıNə bir rəssam, nə nəqqaş,tək olan Allah çəkiblBəndənin gücü çatmazHaqqın yaratdığındaqüsur, nöqsan tapmağa,Onun yaratdığınıbaşqa cürə yapmağal
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-peygemberin-sekli-semayili
Клавиши ← → для перехода, R — случайное стихотворение