Bu da payız fəsli, bu da son bahar,Nərəsi səngiyir dəli çayların.Ana təbiətdə bir sozalma var,Dənizdən üzülür əli çayların.

Daha ağrıların yönü bəridi,Çeşidi çoxalır əzablarımın.Saralan yarpaqlar nöqtələridi,Varağı saralmış kitablarımın.

2006, oktyabrKislovodsk

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе