Başkeçid
Sıxanda könlümü aran yerləri,Quş olub çiyninə qonam, Başkeçid.Yaşıl yaylaqlara yarım demişəm,Dilbərim, istəklim, sonam, Başkeçid.
Yellərin əliylə açıla yaxam,Dünyaya qoynundan boylanıb baxam.Qarınla əriyəm, selinlə axam,Buzunla bərkiyəm, donam, Başkeçid.
Bədbəxt o kəsdir ki, eşqi dayazdı,Min dəfə başına dönsəm də azdı.Adını ömürlük qəlbimə yazdı,Çalanda laylamı anam, Başkeçid.
Vuruldu şəhərə, bağlandı kəndə,İstəyim dayanıb durmadı gendə.Uca zirvələrdən söhbət düşəndə,Mən sənə gətirdim inam, Başkeçid.
Sözlə xatırlasın, söhbətlə ansın,Zəlimxan eşqinlə yandıqca yansın.Qoy sənin adınla qoşa dayansın,Özülüm, şöhrətim, binam, Başkeçid!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-baskecid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cavan bir gəlin qoca bir kişiyə “Allah səni döysün”*deyib qarğış elədi, ikiəlli başına qaraladı.*
Hara belə tələsirdinKörpəlikdən ölüsüydüm qocaların,Deyirdim kaş mənim də ağ saçım ola.
YarışYenə bu yollarda tozanaq qopub,Bilinmir atlı kim, piyada kimdi.
TəhlükəGözlərin kor olmaq təhlükəsi var,Qulağın kar olmaq təhlükəsi var,