Başkeçid yaylağı
Bura yüz yaşında bir qoca gəlsə,Göz işığa gələr, diz qüvvət tapar.Baxar gözəllərin şux yerişinə,Hər bulaq başında bir cənnət tapar.
Baxmaz baharına, qışına baxmaz,Saçlar qar olsa da, başına baxmaz.Təbiət insanın yaşına baxmaz,Könül doxsanında məhəbbət tapar.
Şehlə dodaqlansın güllərin camı,Yaşa ürəyincə arzunu, kamı.Belə bir oylaqda gəzən adamı,Nə dərd üstələyər, nə həsrət tapar.
“Qaytarma” üstündə dillənəydi saz,Qayıda biləydim qoynuna hər yaz.Burda aşıq olsa, şirin bir avaz,Burda şair olsa, şeriyyət tapar.
Xoşdu bu yerlərdə duman da, sis də,Meylin nə çəkirsə dağlardan istə.Hər çay kənarında, hər bulaq üstə,Ömür bir əbədi təravət tapar.
Zəlimxan, yaşama torpaqdan ayrı,Közün nə ömrü var ocaqdan ayrı?Sözün bu arandan, yaylaqdan ayrı,Nə dildə səslənər, nə şöhrət tapar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-baskecid-yaylagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Gecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir və irae edən bir lövhədirSüyuli-qəm ediyor qəlbimi xərab mənim,Cahanda sanki nəsibimdir iktirab mənim
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.