Dünya kimi
Baş vuraydım təbiətin qoynuna,Göylərində ziya kimi qalaydım.Ərişinə, arğacına dönəydim,Xalısında boya kimi qalaydım.
Bir tarix var hər zirvənin adında,Bir dünya var hər nemətin dadında.Çiçək olub çiçəklərin yadında,İsmət kimi, həya kimi qalaydım.
Danışaydım kaman kimi, ud kimi,Alışaydım ocaq kimi, od kimi.Yaddaşlarda qaymaq tutan süd kimi,Könüllərdə maya kimi qalaydım.
Əcəl yenə işindədi, işində,Şirə qalıb Əzrayılın dişində.Səf çəkdiyim bu dağların döşündə,Daşa dönüb, qaya kimi qalaydım.
Təmizlikdə yağan qardan ağ olub,Təzəlikdə rəngi solmaz bağ olub,Ucalıqda əlyetişməz dağ olub,Bu dünyada dünya kimi qalaydım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dunya-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Qadan alım, ay qara göz, sənə bu əda neçindirQadan alım, ay qara göz, sənə bu əda neçindir,Nə üzüqaralıq etdim, mənə bu iza neçindir?
SoruşNəyinə gərəkdi, gəlinəm, qızam,Bunu özümdən yox, ellərdən soruş.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,