(Çingiz Aytmatovun məzarı başında düşüncələr)

Bişkəkdən Pamirin ətəklərinə bir yol uzanır. Həsrət və nisgil,heyrət və sevgi dolu duyğularla dağlara qalxıram. Bu dağlarınətəklərində mübarək bir ziya rətgah var. XX əsr dünya ədə biy -yatının ən böyük ya zıçılarından biri olan Çingiz Aytmatovunməzarını ziyarətə can atıram. O yerə can atıram ki, orda qanlıSta lin rejiminin günahsız qurbanları içərisində Çingiz Aytma-tovun atası Terequl kişi də var. Çingiz Aytmatov öz vəsiyyətinəgörə atası uyuyan yerdə torpağa tap şırılıb. Hələ ki, üstündə xatirəabidəsi ucal dılmayıb. Hələ ki, xatirə abidəsini qəbrinin üstündədağ kimi uca lan güllər-çiçəklər əvəz edir.

“Çingizxanın ağ buludu”başının üstə,Ata-Beytə, xan Çingizəsalam göndərir.Burda Quran dilə gəlir,Manas oxunur,Tanrı sənə dərgahındankəlam göndərir.

Yoxluğunu, həsrətinidüşünəndə mən,Ayağımın altındakıtorpaq, daş qaçır.Ulduzlara baxa-baxaÇingiz axtarır,Bir “dənizin sahiliyləalabaş qaçır”.

Yetimliyin heç bir zamanaçılmır donu,Hər yetimin qəlbindəkibir qarlı qışdı.Sənin körpə ürəyiniyetmiş il əvvəl,Terequla dəyən gülləyaralamışdı.

Qırğız ruhlu Manas oğlu,Talas övladı,Ata-Beyti öz arzunlaseçdinmi gəldin?Damağında sərt ölümünqorxulu dadı,Otuz yeddi tufanındankeçdinmi gəldin?

Nayman ana tanıdımıöz balasını,Ana maral qəbrin üstəgəlib yatdımı?Qara yellər aman vermirSarı-Özəkdə,Yedigeyin dualarısənə çatdımı?

Baş pozulur, huş dağılır,yaddaş itirsə,Nə insanın, nə millətinsabahı yoxdu.Düz söylədin, haqq söylədin,Çingizim mənim,Manqurtlaşan bir bəşərinAllahı yoxdu.

Ata bilməz, yurd anlamaz,ana tanımaz,Haram olsun öz kökünüunudanlara.Salam olsun manqurtluğunfaciəsini,Həm özünə, həm özgəyətanıdanlara.

Çox yazılar toz altındaitib-batacaq,Çox imzalar varmı-yoxmu,bilinməyəcək.Nayman ana fəryadınadaşlar əriyər,Min il keçsə yaddaşlardansilinməyəcək.

Balıq-Qadın səndən ötrügöz yaşı tökübCəmilələr görüşünəgələcək sənin.Çatlatmazdı Gülsarınıdağ boyda dərdlər,Xiffətindən, həsrətindənöləcək sənin.

Ozanlar da, akınlar dasəs-səsə versin,Bu dünyaya Çingiz adlıbir dastan gəlir.Ruhundakı müqəddəslikBilgə xaqandan,Sözündəki tükənməzlikManasdan gəlir.

Hər gün səni düşünürdü,səni anırdı,Qərbi Şərqə, Şərqi Qərbəbağlayan qatar.Dünən sənin varlığınlaqanadlanırdı,Bu gün sənin yoxluğunaağlayan qatar.

O qatarlar şütüyəcəkbelədən-belə,Arxasınca min əl qalxıb,min göz baxacaq.O qatarın hər işıqlıpəncərəsindən,Terequlun yadigarıÇingiz baxacaq!

Bişkək, 2009, iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов