Bu dağlar nə qədər ozan yaradıb,Hər sözü dillərdə bir dəftər gəzib.Sığınıb Allahın ucalığına,Hərə öz eşqinə bir səngər gəzib.

Məclisi məzəli, söhbəti şirin,Mətləbi müqəddəs, mənası dərin.Səsi Haqqa çatan ər kişilərinSözü dodaqlarda təzə-tər gəzib.

Zəlimxan, hər zirvə bəydi, paşadı,Adı nəğmələrə düşdü, yaşadı.“Xoşbulaq yaylağı xoş tamaşadı”, –Burda məndən əvvəl Ələsgər gəzib.

Daşkəsən, 2009 , 16 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви