Sənələrlə can atdımSəmərqəndi görməyə,Telinə sığal çəkibsaçlarını hörməyə.Nağıldan, əfsanədənqabaq yaranmış şəhər,Zamanın yelləriyləruhu daranmış şəhər.Ayaqda dəmir çarıq,əlimdə dəmir əsa,gəldim yol basa-basa.Gəldim, gördüm, vuruldum.Daldım düşüncələrə,Zamanın nehrəsindəSilkələndim ayıldım,çalxalandım, duruldum.Nələr danışdı mənəİşığın, təfəkkürünilhamın gur şəhəri,Əmir Teymur şəhəri!

Göylərin yaratdığısalxım-salxım işıqdan,Yerlərin yaratdığımin cürə yaraşıqdan,Körpə dodaqlarınınnurlu təbəssümündən,Nəğməli könüllərindil-dil ötən simindən,Çəmənin çiçəyindən,çiçəyin ləçəyindən,Nazların şirinindən,qızların göyçəyindən,Nurani qocalarınalnındakı qırışdan,Ulu sənət naminəmin cürə axtarışdan,Ancaq Allaha bağlıörtülü sirdən,Memar əllərindəkiilahi bir sehrdən,Daşların tarixindən,tarixlərin yaşından,Qədim kitabələrinpozulmaz yaddaşındanBurda naxış var,iz var.Dəniz boyda sevgi var,sevgi boyda dəniz var!

Həsrətli könüllərin,ağrıların, ahların,Haqsız axan qanların,tutulan günahların,Çıxarılan gözlərin,kəsdirilən başların,Hər damlası od olangözdən axan yaşların,Döyüşən orduların,çarpışan əsrlərin,Əsirlər hesabınaqurulan qəsrlərin,Taxt-tacı, bağ-bağçası,zindanı var, darı var.Hər daşda, hər divardaTeymur möhrü, imzası,Teymur yadigarı var!

Şəhərmi görməmişik,şəhər – nə qədər desən,Hər şəhərdə maraqlıəsər – nə qədər desən.Çoxdu dünyada şəhər,Ancaq onun heç biriqədim Səmərqənd deyil.Heç bir şəhər tarixə,Yaradana, TanrıyaBir bu qədər bənd deyil.Səmərqəndin havasışəkər olub, qənd olub,Tanrı təcəllasınaAllah özü bənd olub.Boylanıb üfüqlərə,qarışıb şəfəqlərə,Teymur bu şəhər üçüngöyü endirib yerə.Aldığı şəhərlərinÇəkib yığıb bu yerəşirəsini, şəhdini,Allah da yardım edib,Yarıyolda qoymayıbsərkərdənin cəhdini.Baxsaydı qoca Hafizbu şəhərin halına,Onu dəyişərdimibir gözəlin xalına.Məqbərə – göy qübbəsi,türbə – eşqin əsəri,Nələrə qadir olubBir qəlbin cəsarəti,bir qılıncın kəsəri.Vallah, dərinə getsəinsan ağlı çaş qalar,Bir tağda, bir qübbədəNə qədər ləl-cəvahir,nə qədər daş-qaş olar.Məğlub olan şahlarınvarı – nə varsa burda,Dünyanın yaratdığıyarı – nə varsa burda.Zalımlıq da burdadı,zənginlik də burdadı,Sonsuzluq, əbədilik,ənginlik də burdadı.Dünyanın hər bucağı,şimalı, şərqi burda,Saysız xəzinələrinişığı, bərqi burda.Bu zənginlik içindəmənim də öz payım var.Bu saraylar içindəmənim də sarayım var.

Özümü axtarıram,tariximi gəzirəmÖzüldə, bünövrədə,uca tağda, hörgüdə.Özümü axtarıramBu sirli tamaşada,bu möhtəşəm sərgidə.Qədim abidələrdəAzərbaycandan gələnNeçə-neçə memarınqəlbinin qübarı var,əlinin qabarı var.Gözlərinin işığı,ürəyinin yağı var.Neçə sənət zirvəsi,neçə sənət dağı var.

Hər tağın sığalındaYaşılında, alındaƏrdəbil ilmələri,Təbriz naxışları var,Azərbaycan möhürlüustad baxışları var.Burda axan sularıiçirdi sözlərimə,Şeriyyat qaynağınıköçürdü gözlərimə.Bibixanım camesi,Şahi-Zində məscidiÖz mübarək ətriniÇilədi yollarıma,çilədi izlərimə.Türküstan ellərindənGör neçə qədim şəhər,neçə kənd aparıram.Ruhumda, varlığımdaanam Azərbaycana –Möcüzələr şəhəriSəmərqənd aparıram!

Səmərqənd, 2009, iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов