Ruhdan, candan, imandan,əqidədən yoğrulan,Varlığı şəhidlərinal-qanıyla doğrulan,Adı haqqın adıtəkucalardan çağrılan,Azərbaycan bayrağı!

Sənin adını çəkəndillər halal olmalı,Səni göyə qaldıranəllər halal olmalı.Bayraq deyən dodaqdasöz dönüb bal olmalı,Azərbaycan bayrağı!

Qətiyyətim, qeyrətim,qələbəm, zəfərimsən,Uğurlu sabahlara ən nurlu səfərimsən.Savaşda cəsarətim,döyüşdə təpərimsən,Azərbaycan bayrağı!

Həm özü xoşbəxt olar,həm yurdu, həm ölkəsi,Səni candan sevəninböyük olar kölgəsi.Vətənə məhəbbətinyox sərhədi, bölgəsi,Azərbaycan bayrağı!Səndə gücü birləşibtorpağın, dağın, daşın,Səndə ruhu birləşibhaqq uğrunda savaşın.Yağıların önündəheç vaxt əyilməz başın,Azərbaycan bayrağı!

Səhər vaxtı, dan üzü,nur qaynağı, nur yeri,Müjdə yeri, səs yeri,səda yeri, sur yeri.Dövlətin bel sütunu,millətin qürur yeri,Azərbaycan bayrağı!

Sən mənim taleyimingöy, yaşılı, alısan,Uzaq yollar gəlmişəm,yollarımdan halısan.Qarabağda, Şuşadaqələbə çalmalısan,Azərbaycan bayrağı!

Əlli milyon ürəkdəyüz milyon göz üstəsən,Ən sağlam bir əqidə,ən güclü söz üstəsən.Odlar yurduna ünvan,od üstə, köz üstəsən,Azərbaycan bayrağı!

Hünərlə qəhrəmanlıq,şərəflə şan bayrağı,Göy üzünün aynası,bir kəhkəşan bayrağı.Duyğuların, hisslərinaşıb-daşan bayrağı,Damarda qan dalğası,canımda can bayrağı,Azərbaycan bayrağı!2010, 19 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине