Gözəlsən
Qoşa xəlq eyləyib Yaradan sizi,Dünya da gözəldi, sən də gözəlsən.Ey dərya gözəli, ey su pərisi,Dərya da gözəldi, sən də gözəlsən.
Dodağın duzludu, suyun sərindi,Qorxuram batmağa, qoynun dərindi.Dalğatək burulan hörüklərindi,Dalğa da gözəldi, sən də gözəlsən.
Hər incə yerişin bir naz havası,Hər şirin gülüşün bir saz havası,Hər isti nəfəsin bir yaz havası,Hava da gözəldi, sən də gözəlsən.
Nazlı mələk olub göyə çıxırdın,Yerə də, göyə də yiyə çıxırdın,Sən Allah, yuxumdan niyə çıxırdın,Röya da gözəldi, sən də gözəlsən.
Təzəcə açılmış laladı dünya,Atadı, anadı, baladı dünya,Zəlimxan gözündə əladı dünya,Əla da gözəldi, sən də gözəlsən.
2010, 9 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gozelsen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ha yeridik tapammadıq dilini,Dumanında itdiyimiz yolların.
Dünya məni bulandıra bilmədiÖmrüm boyu baxdım duru sulara,Dünya məni bulandıra bilmədi.
İnsanVaxt olur, ox kimi çıxır yayından,Vaxt olur, yay kimi qırılır insan.
Mənim ölümüm də gözəl olacaqKiminsə başına vaxtsız yağsa qar,Ruhum oda dönər, buza çevrilər.
Стихи других поэтов
Ey olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər:
ÇeşməkBir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
Utan şərm eyləgil həqdənUtan şərm eyləgil həqdən,Dur ey qafil nə yatıbsan,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,