Ha yeridik tapammadıq dilini,Dumanında itdiyimiz yolların.Sağ-solunda ağac olub, daş olub,Çiçək olub bitdiyimiz yolların.

Yolçusu var, dərvişi var, qulu var,Ayağı var, qanadı var, qolu var.Qəbrimizdən o yana da yolu var,Eşqi ilə ötdüyümüz yolların.

Səhra dolaş, dağ addımla, düz yeri,Nişan qalsın ayaq yeri, iz yeri.Yüz qanadlan, yüz havalan, yüz yeri,Sonu yoxdu ötdüyümüz yolların.

2002, 6 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов