Dağ döşündə qar əridi, suya döndü, düzə çıxdı,Bənövşələr baş qaldırdı, torpaq altdan üzə çıxdı.Sarı bülbül qəfəsindən oxtək süzə-süzə çıxdı,Bəzəndi dağların hüsnü, bahar oldu, bahar oldu.

Könül mülkü qanadlandı, bəm havalar zilə düşdü,Boz aranın, göy yaylağın mahnıları dilə düşdü.Qayaların damarından sular gilə-gilə düşdü,Cilvələndi tər çiçəklər, bahar oldu, bahar oldu.

Qızıl Günəş öz nurunu ürəklərə taxdı gəldi,Sonalar qıy vura-vura mavi gölə axdı gəldi.Şair könlüm, pərvaz eylə, ucalmağın vaxtı gəldi,Çiçəkləndi dağ, dərə, düz, bahar oldu, bahar oldu.

1968, 2 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе