Sevgilər çox düşüb qara-borana
Ərzrum dağları, xoş gördük səni,Qarşına söhbətdə, sazda gəlmişəm.Kərəm bu yalları qışda keçirdi,Mən sənin qoynuna yazda gəlmişəm.
Hər ömrü bir eşqin dağı yandırar,Hərəni bir qızın həyatı çəkər.“Kərəmi” kökündə yanan aşıqlarƏrzrum üstündə bayatı çəkər.
Ərzruma,Yol gedir Ərzruma.Dəvəsi ölmüş ərəbəm,Dözərəm hər zuluma.
Bu dağlar nə qədər Lələlər uddu,Bu düzlər nə qədər Kərəmlər yedi.Birinin içini ayrılıq odu,Birinin içini vərəmlər yedi.
Yəqin ki, salamat keçən olmayıb,Bu sərt enişləri, bu sərt dikləri.Sazın tellərində oda çevirdi,Kərəm dilə saldı bu gədikləri.
Sevgilər çox düşüb qara, borana,Dözən dözümündə fil olmalıymış.Bir keşiş qızına Gəncədən keçən,Elə İstanbulda kül olmalıymış.
Ərzrum, 2009, iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sevgiler-cox-dusub-qara-borana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözə dayaq, ruha bayraq,Haqqa silahdı şairlər.
Bu taxta qədərGec gəlmək yaxşıdı heç gəlməməkdən,Məni yarıtmadın bu vaxta qədər.
Şairlər gəlmişdiŞairlər gəlmişdi bizə bu axşam,Şairlər gəlmişdi, cahan şairlər.
Çarmıx görən təkcə İsa deyil ki...Çarmıx görən təkcə İsa deyil ki,Biri deyil, yüzü dara çəkiblər.
Стихи других поэтов
Cəfərqulu xana*Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk,
Necə olduYeri bəyim düşdümü Kor yadına,Mən dəlini tutan günlər necə oldu
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,