Axşam-sabah dolanıram başına,Bu bələkli, bu qundaqlı balamın.Nuru yağır taleyimə, qəlbimə,Pambıq əlli, süd dodaqlı balamın.

Anasının əzəlidi, ilkidi,Varı, yoxu, dövlətidi, mülküdü.Tay-tuşları ayı, dovşan, tülküdü,Dörd bir yanı oyuncaqlı balamın.

Hər baxışı bir mətləbə yozuram,Mənaları ürəyimə yazıram.Nə buyursa, qulluğunda hazıram,Hər istəyi doğru, haqlı balamın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов