Boylanır — baxışı göyün sevinci,Yeriyir — yerişi yerin sevinci,Hansı dənizdəndi bu parlaq inci,Kimindi dünyanın şirin sevinci?

Sevgidə Allahlıq eyləyə bəndə,Tək ola, tək gələ, yola tək çıxa.Hər səhər evindən işə gedəndə,Qarşına beləcə bir mələk çıxa.

2003, 4 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов