Sevgi qanad verdi mənə
Arzulara çatmaq üçünZaman bir at verdi mənə.“At muraddı, min çap” — dedi,Tanrı murad verdi mənə.
Quraqladı, yağışladı,Naxış vurdu, naxışladı,Səhra dəvə bağışladı,Dərya Qırat verdi mənə.
Şeirim çeşmə, qəlbim bulaq,İçimdədir yaxın, uzaq,Yerdə kökəm, göydə budaq,Sevgi qanad verdi mənə,
Özüm ovçu, ruhum səyyah,Qələmim qul, ilhamım şah,“Yarat” — dedi qadir Allah,Qaynar həyat verdi mənə.
Saldım nurlu yolu sözdən,Bir yük tutdum dolu sözdən,Ulu Tanrım ulu sözdənBol ehtiyat verdi mənə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sevgi-qanad-verdi-mene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ürəyə, yaddaşa etibar etməyib,Daşlara yazılan xatirələr.
Qəlbimin saz pərdəsiQışın vaxtı keçib getdi, tut indi yaz pərdəsini,Xanəndə dost, aşıq qardaş, gəz xoş avaz pərdəsini.
Son söz son nəfəs deyilÖn söz başqa şeydi,son söz başqa şey.
ÜrəyimdəAzərbaycan bir nəğmədir,Sözü mənim ürəyimdə.
Стихи других поэтов · О божественной любви
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Ağ Aşıq Allahverdinin Keşişoğlu ilə deyişməsiAĞ AŞIQ ALLAHVERDİ:Əlbət şəyird olan baxar fərmana,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,