Bir qocanın dilindən
Qocaldım, qocalmaq istəməsəm də,Yanımdan yel keçsə zədələr məni.Fil dizi bükərdi qadir əllərim,İndi qarışqalar hədələr məni.
Səsim az qalardı dağları dələ,Meydan oxuyardı qüvvətim kələ.Nə qədər desəm də cavanam hələ,Günbəgün dəyişdi vədələr məni.
Həyat saçlarıma yağdıranda qar,Bilmədim əlimdən gedərmiş bahar.İndi yellər yıxar, sellər aparar,Çaylar qabağına sədd eylər məni.
1973, 28 iyun
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bir-qocanin-dilinden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Genə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Vətəndən soruşMəni imtahana çəkdi təbiət,yollarda bərkiyə-bərkiyə gəldim.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı