Dünyanın ən azad neməti — külək,Dünyanın ən alçaq sənəti — kələk.Dünyanın ən böyük qüdrəti — fələk,Külək də, kələk də, fələk də bizik.

Dünyanın ən zərif sərvəti — çiçək,Dünyanın ən zəif xilqəti — milçək.Dünyanın ən güclü sürəti — şimşək,Çiçək də, milçək də, şimşək də bizik.

Dünyanın ən gözəl cənnəti — bələk,Dünyanın ən nurlu surəti — mələk.Dünyanın ən varlı dövləti — ürək,Bələk də, mələk də, ürək də bizik.

2007, 1 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов