Böyük şairlər
Böyük şairlərin isti nəfəsi,Ürəyi isidir, qəlbi dindirir.İlhamın tufanı, nəğmənin səsi,Dünyanı bir az da genişləndirir.
Duyğusu barışmaz boyatla, çiylə,Nə dayazlıq sevər, nə haray-həşir.Böyük şairlərin hər kəlməsiylə,Xalq kamala dolur, el müdrikləşir.
İlhamdı, şeirdi sərvəti, varı,Söykənir saf eşqə, təmiz niyyətə.Beşikdən məzara getmir yolları,Beşikdən yol alır əbədiyyəti!
Canında ağrı var, qəlbində dağ var,Bəşərə vurulan yaralar qədər.Onlara qismətdi əzab, intizar,Onların payıdı ən böyük kədər.
Başa qar yağdırır çəkilən fikir,Çoxaldır ürəyə düşən xalları.Dünyanın ən ağır dərdini çəkir,Dünyanın ən böyük ağsaqqalları!
İnamı dağları dağıdar, deşər,Sevgisi, nifrəti tükənən deyil!Böyük şairlərə dərd verib bəşər,Çiynindən dərd adlı yük enən deyil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-boyuk-sairler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
EləməQadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Bu da yahu, keçərQonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,