Bu çeşmənin başında
Gözəl bir yuxu gördüm,Yuxumu yozan ola,Bu çeşmənin başında.
Kor gözlər işıq tapa,Dünya yaraşıq tapa,Şirin bir ozan ola,Bu çeşmənin başında.
Solmaya çiçəkləri,Uça kəpənəkləri.Hamıya sirdaş ola,Sevindirə təkləri.Nə qar, nə xəzan ola,Bu çeşmənin başında.
Qarışa sevənlərinSevincinə, qəminə.Dil verə ilhamına,Güc verə qələminə.Yaxşı bir yazan ola,Bu çeşmənin başında.
Qarışam bu saflığa,Bürünəm şəffaflığa.Qovuşam cənnətimə,Qəbrimi qazan ola,Bu çeşmənin başında.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bu-cesmenin-basinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəlsin şəhidlərin ziyarətinə,Kimin ürəyində qəm varsa, gəlsin!
İçərimdə yatan qüvvətİçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma,Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma!
GəlirBu gün xəyalımdan gör nələr keçir,Yadıma keçmişim, dünənim gəlir.
DemərəmYolum, məni çatdırmasan arzuma,Uçurum billəm, yol demərəm mən sənə.