Zərrələr Günəşin, damlalar suyun,Xırdalar həmişə irilərindi.Çirkaba bulaşmaz əli, ətəyi,Göylər mələklərin, hürülərindi.

Döş-döşə döyüşər dənizlə ada,Dalğalar sükutu gətirməz yada.Qartal üfüqdədi, ilan səhrada,Çöllər çobanların, sürülərindi.

Baxmağa güzgüsü, aynası yoxdu,Yüz il yaşasa da mənası yoxdu.Diri ölülərin dünyası yoxdu,Bu dünya əbədi dirilərindi.

2007, 8 may

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов