Bu gün mənim ürəyimdünyada bir dünyadı,Mövlananı tapan Şəmsdi,Şəmsi itirən Mövlanadı.Hacı Bəktaşın sığındığı guşədi,Dərvişin dərgahdan aldığı nəşədi.Yunusun gəzdiyi çöldü,Məcnunu dolaşdığı səhradı,Tahirin düşdüyü dəryadı.Kərəmin payına düşən küldü,Xançoban adında yanan könüldü.Koroğlunun çaldığı sazdı,Nigar xanımaDurna teli gətirən Eyvazdı.Bağdaddan gələn səsdi,Təbrizdən gələn nəfəsdi.Qəribi Tiflisdən Hələbə gətirənXıdır İlyasın atıdı.Vaqifin vurulduğu gözəldi,Vidadinin dilindəki bayatıdı.Saranı aparan seldi,Qarşıda bir ordudu,arxada bir eldi.Füzulinin “Şəbi-hicran”ıdı,Şəhriyarın çağlayan ilhamı,ağrıyan canıdı.Bu gün mənim ürəyimMin illərin bağrından qopan,Sazın yaddaşına hopan,Özünü Dədə Qorqudda,Ələsgərdə tapan,Dədəsi Yunus kimiSınıq könüllər yapanCanın içindəki ürəkdi,Ürəyin içindəki candı.Allah aşiqi, peyğəmbər vurğunu,İnsan pərvanəsi Zəlimxandı!

Yalta, 2010, 22 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов