Bu nəhəng ağacı kim kəsib görən
Budaqlar günəşin zərində idi,Kökləri neçə qat dərində idi,Dünyanın ən gözəl yerində idi,Bu nəhəng ağacı kim kəsib görən?
Becərmək, bəsləmək, yetirmək olmur,Həmişə dünyaya gətirmək olmur,İtirmək asandı, bitirmək olmur,Bu nəhəng ağacı kim kəsib görən?
Suyunu kəsdilər qurutmaq üçün,Sərdilər torpağa, çürütmək üçün,Acgöz mədələrdə əritmək üçün,Bu nəhəng ağacı kim kəsib görən?
Başıma min cürə xəyallar gəlir,Yadıma haramlar, halallar gəlir.Suallar dalınca suallar gəlir,Bu nəhəng ağacı kim kəsib görən?
Çalmağa öyrənmiş ilanlar desin,Talançılar desin, talanlar desin,Sapı özümüzdən olanlar desin,Bu nəhəng ağacı kim kəsib görən?
Dağlardan şığıyan tufan yıxmadı,Torpaqdan qabaran vulkan yıxmadı,Onu insan yıxdı, heyvan yıxmadı,Bu nəhəng ağacı kim kəsib görən?Bu nəhəng ağacı kim kəsib görən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bu-neheng-agaci-kim-kesib-goren
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Deyərsən1-ci variant**Şahi-xuban, mənim ərzi-halımı,