Gərək o günlərdən ayrılmayaydıq
İndi çalxanmışıq nehrələr kimi,İndi tozlanmışıq səhralar kimi,İndi bulanmışıq dəryalar kimi.Allahın nuruydu içimizdəki,Birimiz ulduzduq, birimiz Aydıq,Gərək o günlərdən ayrılmayaydıq.
Dilimiz şikayət toranlığında,Qəlbimiz siyasət qaranlığında,Ruhumuz əsarət şoranlığında.Biz nahaq bu ömrü gərəkli saydıq,Tanrısı təmizlik, ruhu gözəllik,Gərək o günlərdən ayrılmayaydıq.
O günlər ömrümün ilk əfsanəsi,Qədəmi uğurlu, səyalı günlər.Gün kimi işıqlı, nurlu, müqəddəs,Gül kimi ətirli, həyalı günlər.Yerə də, göyə də hökm oxuyardı,Göylərə çəkərdi xəyalı günlər.
Dumduru, tərtəmiz bir aləm idi,Halal duyğulardan mayalı günlər.Baş-başa verərdik təbiətlə biz,Nəğməli çeşməydik, nərəli çaydıq.Heyf, könlümüzdən köçdü gözəllik,Gərək, o günlərdən ayrılmayaydıq.
2001, 15 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gerek-o-gunlerden-ayrilmayaydiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aşıq oldum gene tazəBir nov cavanə, cavanə
ZülfünGərdənində, qamətində ayıb yox,Amma nə gözəldir pərişan zülfün!
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,