Nə zaman xoşbəxt olurgörəsən insan oğlu?Havalı duyğuların qanadında uçanda!Yeri basıb bağrına,göyü sıxıb köksünə,İstəkli bala kimiqollarıyla qucanda!Nə zaman xoşbəxt olurgörəsən insan oğlu?Əsən küləyə,yağan yağışa,doğan günəşəÜrəyinin sirrini çəkinmədən açanda!Nə zaman xoşbəxt olurgörəsən insan oğlu?Göy başının üstündən göylərə çəkiləndə,Ayağının altındanyer titrəyib qaçanda!İnsanların içindəÖzünü tək, kimsəsiz,yalqız, yetim sayanda!Körpənin gülüşünə,baharın gəlişinə,Yağışın yağmasına,Günəşin doğmasınaGözlərini yumanda,qəlbini qapayanda!!!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе