Görünür
Yükü çəkə bilməyəndə,Dərdin birə min görünür.Əlin çatmır Allaha da,Nə Tanrı, nə din görünür.
Yırtılır üzdəki pərdə,Doy gələ bilmirik dərdə.Gözümüzdə mələklər də,Şeytan olur, cin görünür.
Duman bizi bürüyəndə,Dağdan-dağa sürüyəndə,İçərimiz çürüyəndə,Çölümüz miskin görünür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gorunur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Fərman əlindədir
Sahildə aparmış məni əl boyda bir qayıq,Sahildə uzaqda qayıq ümman əlindədir.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Valinin çeşmi çırağı, vəh nə türfə can imişValinin çeşmi-çırağı, vəh nə türfə can imiş,Külli-Gürcüstanın üstə sayeyi-sübhan imiş,
Cümə günEy könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.