Bu saz
Saza ağız büzən, dodaq çevirən,Ellərin danışan dilidir bu saz.Görüş təntənəli, həsrət ağrılı,Həyatın bəmidir, zilidir bu saz.
“Sarıtel” sevinci, “Mansırı” qəmi,“Şərili” çiçəkli dağlar aləmi.Bir “El havası” var, ləngərli gəmi,Gör neçə dalğanın gölüdür bu saz.
Hətəm səxavətli, Yusif camallı,Dönməz əqidəli, yüksək amallı,Bəzən Qurbanitək dərya kamallı,Bəzən Məcnun kimi dəlidir bu saz.
“Hicran Kərəmi”də qar alır fəsli,Ağlayıb Kərəmdən ayrılır Əsli.Tahir məhəbbətli, Zöhrə həvəsli,Sevginin odudur, külüdür bu saz.
Odu düşmənidir şaxtanın, buzun,Tamı qardaşıdır çörəyin, duzun.Yar deyib, yar gəzən şair NovruzunQəndaba uzanan əlidir bu saz.
Xalları çəməndə bənzəyir şehə,Gülləri əl verib qarışır mehə.Aşıq Zərnigarı Aşıq Valehə,Çatdıran sevginin yoludur bu saz.
Onunla eyləyib sənətin şiri,Ələsgər Talıbı, Qurban Şəmşiri.Yüz dildə danışır pərdənin biri,Sənətkar qəminin selidir bu saz.
“Borçalı” havası mahalın səsi,Sevirəm bu səsdən doymayan kəsi.Bizim aşıqların sevgi nəğməsi,Bizim gözəllərin telidir bu saz...
1971, 18 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bu-saz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mədinəyə hicrət edəcəyini Həzrəti Cəbrayıl hələmerac gecəsində Peyğəmbərimizə xəbər vermişdi.
Bədr savaşıAllahıml Mənə verdiyin vədi yerinə yetir. AllahımlBu bir parça müsəlman mücahid həlak olarsa, artıq
Yaşayacaq bu dünya Məhəmmədin eşqinəYa Peyğəmbərl Kafirlərə qarşı (qılında), münafiqlərəqarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların
HəmzəMənə Cəbrayıl əleyhissəlam gəlib “Həmzə ibnƏbdülmüttəlib göydəkilər qatında Allahın və Rəsulunun
Стихи других поэтов · О любви
Qəzəl – Şərqin incisi!Qərb inciyir, incisin!
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş!Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.