Bu xalqı ölçüdən eyləmə, Allah
Mən getdiyim elin ölçüləri çox,Mən dərdiyim gülün gülçüləri çox.Mən vardığım yolun yolçuları çox,Gördüyüm şəhərin, gəldiyim kəndin,Nizamı, qaydası, ölçüləri çox.
Daha da süzülsün süzgün qaşları,Qızların sevincdən axsın yaşları.Hər gün çiçəkləsin elçi daşları,Bu eli elçidən eyləmə, Allah.
Saçın qarası da, ağı da gülsün,Bağbanı da gülsün, bağı da gülsün.Güllərin kökü də, tağı da gülsün,Bu gülü gülçüdən eyləmə, Allah.
Bəzirgan da keçsin, xoca da keçsin,Uşaq da, cavan da, qoca da keçsin.Peyğəmbər yerisin nur səpə-səpə,Eşqi fələklərdən uca da keçsin,Bu yolu yolçudan eyləmə, Allah.
Ölçüdü, nizamdı bu dağ, düz, dərə,Ölçüsüz dağ yoxdu, ölçüsüz dərə.Özün ölçü götür ölçüsüzlərə,Bu xalqı ölçüdən eyləmə, Allah.
2000, 21 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bu-xalqi-olcuden-eyleme-allah
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Nizami Cəfərova*Məndən salam olsun Nizami adlı,
Şeytan-mələkSərindi dağların uca zirvəsi,İstidi düzlərin qoynu, qucağı.
İnsanın ürəyi gözəl olandaQış yaza çevrilir, qar çiçək açır,İnsanın ürəyi gözəl olanda.
Bir qocanın gileyiHamının dadına çatan bir adamHeç kəsin yadına düşmürsə indi,
Стихи других поэтов · О божественной любви
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
H-CEy axund, ey pişivayi-əhli-im an, bir utan!Əllərindən dad edir ehkami-Quran, bir utan!
Allah naminəRoma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,