Tanrı gücü, Allah eşqi,Yaradana inam gərək,Təkcə külüng bəs eyləmirqayaları yarmaq üçün.

Bizə Loğman ömrü gərəkömürləri uzatmağa,Bir şeytanın fəndi yetərmin ümidi qırmaq üçün.

Ruhumda bir dönməz ərlik,qanımda bir səfərbərlik,Yol gedirəm Yaradanındərgahına varmaq üçün.

Çılğın, qaynar bir həyatam,ömrüm boyu narahatam,Allahdan aldığım ömrüAllaha qaytarmaq üçün.

2000, 7 yanvar Altıağac

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви