Günlərin ağsaqqalı
“Ən əziz, ən şirin, ən acı günlər”şeirinin müəllifi Cabir Novruza
1971-ci ildə sevimli Xalq şairimiz Söhrab Tahirin anasıNəsibə xanım 26 illik ayrılıqdan sonra Təbrizdən Bakıyaşair oğlunun görüşünə gəlmişdi. Bu gəliş bütün Azərbaycanşairlərini həyəcana gətirmiş, Söhrab Tahirin qələm qar -daşları, könül dostları bu göynərtili hadisəyə ən isti mis-ralar həsr etmişdilər. Ən gözəl şeirlərdən birini mərhumXalq şairimiz Cabir Novruz yazmışdı. “Ən əziz, ən şirin,ən acı günlər” adlı bu şeir mətbuatda dərc olunan gününsəhəri ayrılıqla, həsrətlə bağlı iki dost və ustad şairinyaşadığı həyəcanlı duyğuları mən də yaşadım. 32 il bundanəvvəl Cabir Novruza həsr etdiyim bu şeiri bir təsadüfnəticəsində arxivimdən tapmışam. Nəsibə ana da, CabirNovruz da artıq haqqın dərgahına qovuşublar. Onlara Al-lahdan rəhmət diləyir, ruhlarını şad eləmək üçün bu şeiriəziz oxucularımın ixtiyarına verirəm.
Şair dostum, canım qurban olaydı,Sevincimiz bulaq olan günlərə.Gəlişində görüş, sevgi gətirən,Hər ağrıdan uzaq olan günlərə.Səksən yaşlı bir nigaran ananınÖz evində qonaq olan günlərə.Ana görən qırx yaşında kişininSevincindən uşaq olan günlərə.Odun olub atılaydı bədənimÜrəyimiz ocaq olan günlərə.
Öz evində gəldi-getdi olarmı?Niyə gəldi, niyə getdi bir ana?!Bahar olmaz, çiçək açmaz bağları,Dərd əlindən könül qalsa virana.Şair qardaş, ana əli dəyməsə,Kimlər gəlib məlhəm qoyar yarana?Oğul saçı daraq, külək istəməz,İstər ana barmağıyla darana.Söylə, kimdi günahkarın, əzizim,Ayrılığı kim salıbdır arana?!
Nə əridin, nə utandın, nə bezdinSərt qayalar inadınmı, ayrılıq?!Başım üstə nə havalı gəzirsən,Əsən külək qanadınmı, ayrılıq?!Qardaşımın mənsiz keçən illəri,Neçə ildi, sanadınmı, ayrılıq?!Göynədimi, sızladımı ürəyin,Heç mənimtək qanadınmı, ayrılıq?!
Sənin hökmün dağlar çəkdi sinəmə,Bostan kimi uraladın könlümü.Qara çəkdin ağ bəxtimin üstünə,Əllərinlə qaraladın könlümü.Döyünərmi ürək iki bölünsə,Qılınc vurdun, paraladın könlümü.Baş ağılsız, bədən ruhsuz neyləsin?İstəyindən araladın könlümü.Tərlan olub havalanmaq istədim,Qanadından yaraladın könlümü.
Bəsdir, daha inadından əl götür,Qoy, az çoxa, çox da aza qovuşsun.Bir yerindən qovuşmaqla neyləyər?Min yerindən Kür Araza qovuşsun.Od nəfəsi sal buzları əritsin,Qız oğlana, oğlan qıza qovuşsun.Aşıq könlü yetim qalar nəğməsiz,Eşqi, ruhu telli saza qovuşsun.O taydakı qardaşımın qış günü,Bu taydakı güllü yaza qovuşsun.
De, nə qədər qardaşımız, bacımızÇörək deyib, özgələrə əl açsın?Qələm çəkən ayrılığa, həsrətəSevincindən daşlar belə dil açsın.Bayram etsin Azərbaycan torpağı,Süfrəsini oba açsın, el açsın.Sözümüzdə o tay-bu tay olmasın,Əməl bağı başdan-başa gül açsın.
Onda qoşaq nəğməsini, şeiriniO oğullu, o analı günlərin.Rəngi, ruhu bu dünyanı bəzəsinO bəzəkli, o xınalı günlərin.Şərik olaq sevincinə, dərdinə,Dərdimizdən yaxşı hali günlərin.Hansı gün ki, yola saldıq həsrəti,O gün olsun ağsaqqalı günlərin!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gunlerin-agsaqqali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəlbimin, ruhumun aynasındasan,Bağrımın başıtək yaxınsan mənə.
Mən hardan bilərdim şairlik nədir?Keçilməz dərələr keçilməsəydi,Aşılmaz zirvələr aşılmasaydı,
Allahdan qorxmasaydımGünəşin doğan çağıqarşıma mələk çıxıb,
Mən sözün anasıTanrının sözünə dirsəklənmişəm,Söz yaşıl yamacım, söz talam mənim.
Стихи других поэтов · О разлуке
Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə,Ləbi-ləlin fərağında dönüb al qanə –alqanə.
Savaş şeriÜrəyim bərkiyibdi, nə eşq bilir, nə həsrət,Nə ayrılıq, nə görüş, nə gərəksiz mərhəmət,
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmРосинками из глаз моих жилье твое омою я,Ресницами сотру я пыль с порога твоего жилья.