Bu xalqın çörəyi
Gözümün yaşını elə yağdırıb,Bu xalqın dizinə su birdən çıxıb.Oğlunun, qızının səsi-sorağı,Bakıdan batanda Sibirdən çıxıb.
Qanını soranlar zəliyə dönüb,Ağıllı qorxudan dəliyə dönüb.Dirisi sustalıb, ölüyə dönüb,Ölüsü xortlayıb, qəbirdən çıxıb.
Haqq deyib, haqqını gəzib bu millət,Əzəndə özünü əzib bu millət.İlahi, nələrə dözüb bu millət,Bu xalqın çörəyi səbirdən çıxıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bu-xalqin-coreyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Nə bilsin
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
یا ملک المغرب و المشرقمثلک فی العالم لم یخلق
Qəzəl: Xudaya, mən düşən dərdə sən əğyarı giriftar etXudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Bir qəbir yeriDünyaya gəlməyin bircə an ola,Gələsən, görəsən, gülüb gedəsən.