Şair ürəyi
Sevinc — qəm, payız — bahar,nə varsa bəxtimizdə,Ömrün xəritəsindəcızar şair ürəyi.Gah zərif uşaq kimiyumşaldar ürəkləri,Gah köhnə dəmir kimiqızar şair ürəyi.
Əbədi vəzifədöyüş olar, cəng olar,Gah quzuya çevrilər,gah qızmış pələng olar.Şairin göz yaşıylaaxar, həmahəng olar,Damla-damla varağasızar şair ürəyi.
Yeddi qatın içindənyetmiş yeddi qat tapır,Ömrü axtarışdadır,söz adlı sovqat tapır.Qırx arşın quyuya sal,orda da həyat tapır,Tanımaz ölüm-itim,məzar, şair ürəyi.
Varlığında ləkə yox,dumdurudu niyyəti,Əqidəsi yolunda soyular,susmaz qəti.Onda körpə saflığı,uşaq səmimiyyəti,Hər şeyi yaxşılığayazar şair ürəyi.
Quru bir daşa dönər,elsiz gülməz, ağlamaz,Hansı ürək el üçünhavalanmaz, çağlamaz?Özgənin qələminəümidini bağlamaz,Özü öz taleyiniyazar şair ürəyi.
2005, noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sair-ureyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaşıl bir diyardayam,Qəlbimə qüvvət gəlib.
Xəbərim yox özümdənBu rəssam təbiətin rənglər dünyasındayam,Vurulmuşam torpağın yaşılına, alına.
Gözəllik dəlisiBu an, bu saat, bu gün zaman məndə yerləşir,Əvvəlin axırıyam, axırın əvvəli, heeeyl!
Can deyir, can eşidirRuhumun təbiətləyaman tutur söhbəti,
Стихи других поэтов
Görək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
BakıBir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.