Bu yurdu, torpağı sevən hər kəsin,Baxsanız, gözündə od görərsiniz.Soyuq sifətləri, buz baxışlarıVətən sevgisinə tay görərsiniz.

Ürəkdə sevginin toxumu varsa,Gözdə işartısı boy verəsidir.Torpağın yolunda can qoyanların,Bu torpaq hayına hay verəsidir.

Ucalıq gətirən ulu sevgilər,Süzülər, ən təmiz diləkdən gələr.Ətdən qana keçər, süddən sümüyə,Beşikdən süzülər, bələkdən gələr.

Bu yurdu, torpağı sevən kəsləri,Elə Babək gördüm, Nəsimi gördüm.Dünənə boylandım, sabaha baxdım,Nərəmi eşitdim, səsimi gördüm.

Yara var, məlhəmi məndən istəsin,Gedərəm yolunda qurban olmağa.Bu yurdu, torpağı sevən hər kəsin,Dərdi var, hazıram dərman olmağa!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви