Onun görkəminə sən niyə güldün,Yetim taleyinə gülməzlər, bala.Tanrıdan bir azca sevinci varsa,Onu da süpürüb-silməzlər, bala.

Çıxıb təbiətin əlindən xata,Qanadsız quş kimi gəlib həyata.Sağında ana yox, solunda ata,Gedənlər geriyə gəlməzlər, bala.

Dərddən biz-biz olar başının tükü,Həsrətdən budağı, kədərdən kökü.Afasız olanın çəkdiyi yükü,Atalı olanlar bilməzlər, bala.

2005, dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов