Çölə düşən söz
Ürəkdən gəlməyən ürəyə yatmaz,Dildən duru çıxar dilə düşən söz.Çıxıb Xançobanın odlu dilindən,Saranı çağırır selə düşən söz.
İtmir yer-yataqlı, məkanlı sözlər,Batmır xəzinəli, dükanlı sözlər,Keşişdən dərs alıb tikanlı sözlər,Kərəmə bənzəyir külə düşən söz.
Bəxtə bar yazılıb, bəhrə yazılıb,Tahir qismətinə Zöhrə yazılıb,Məcnunun eşqinə səhra yazılıb,Leylini axtarır çölə düşən söz.
Söz var boğazındı, söz var qanındı,Söz var nəfəsindi, söz var canındı,Sazda dil açırsa, Zəlimxanındı,Məndən mayalanıb telə düşən söz.
Yalta, 2010, 11 iyun
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-cole-dusen-soz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Fələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
FələkNeylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
ای دل بیا که مژده وصلی شنیدهامروز خوشی به طالع خود باز دیدهام
تا شهنشاهِ جهان گردید مهمانِ وزیرمتّفق دید آسمان بختِ جوان با رایِ پیر