Yarımçıq nə verirsə,Allah verməsin mənə,Verdiyi hər nə varsa,versin könül dolusu.Çiçəyin ətri basıb,çöllər bəxtəvər olub,Şehə bax, dodaqlanıb,sayrışır gül dolusu.

Duruluq nəğməsinidamarda qan oxuyur,Yerlə göy bir-birinəcan deyib, can oxuyur.Gözəllik yerə sığmır,göyə meydan oxuyur,Zirvələr qar dolusu,ətəklər tül dolusu.

Dünyanın qaydasıdılap elə dib-dəhnədən,Təzə dünya doğulurhər qədimdən, köhnədən.Heç kəsin qismətini,Tanrım, kəsmə təhnədən,Qoy olsun təhnə çörək,zəmi sünbül dolusu.

2005, fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов